Qlobal qərb sanksiyası

ABŞ və Avropa Birliyi ölkələri hansı ölkəyə embarqo qoyur, sanksiya tətbiq edirsə, həmin ölkənin yerli iqtisadiyyatının inkişafına və milli valyutasının xarici valyutalara asılılığının azaldılmasına səbəb olur. Açıq olaraq idxal və ixrac olmadığı, birbaşa maliyyə əməliyyatları aparılmadığı üçün ölkəyə xarici valyuta girişi və çıxışı azalır, idxal olunan hər şey daxildə istehsal edilir, beynəlxalq maliyyə qurumlarından valyuta kreditləri alınmır. Bu cür siyasət əslində ikili siyasətdir. Ona görə də qloballaşma şəraitində bu cür iqtisadi siyasi silah bəzən qərb ölkələrinin özünə qarşı yönəlmiş olur.