Ölümdən betər…

Təsəvvür edin ki, ölümdən də qorxulu və təhlükəli hallar var.

Məsələn, Altsheymer xəstəliyi, beynin funsksiyalarını hissə-hissə itirməsi, zehnin zəifləməsi, yaddaşın pozulması, fiziki hərəkətlərdə imkanların məhdudlaşması, kiməsə möhtac olmaq, insanlara yük olmaq, sənə əziz olan, sevdiyin insanları zamanla unutmaq, xatirələri silmək, sevdiyin anları yada sala bilməmək…

Bir gün gedəcəyin ünvanı unutmaq, yolunu tapmamaq, azmaq, azdıqda, özünü təqdim edə bilməmək, aciz durumda qalmaq…

Özünü tanıya bilməmək…

Sıradan və ən sadə anlayışları bilməmək…

Bu ayrılıq və ölümdən də betərdi. Göz önündə məhv olmaq…