Maraqlı olmayıb ki?!

Sizə maraqlı olmayıbmı, niyə sonsuzluq işarəsi (riyazi) iki sıfırın birləşməsindən ibarətdir. Bəlkə ona görə ki, hər şey sıfırdan başlayır, mənfi və müsbəti sıfır birləşdirir, sıfır onların arasında mərkəzdir, hər şey gec-tez sıfırlanır?! 0 rəqəmi insanlara onu yada salır ki, hər kəs başladığı yerə qayıdır, hər etdiyin özünə qayıdır…

Pulun və maddi nemətlərin bütün funksiyalarını, imkanlarını, statusunu bilən realist, praqmatik və rasional insan onları hökmən önəmsəyir.