Sağlam olmayan vərdişlər…

Narkotika və alkoqol içkilərin aludəçisi olmayın. Çünki onlar beyindən başlamaqla bütün orqanizmi məhv edir və ən zəif xəstəliyə qarşı belə müqavimət gücündən məhrum edir.

Hər bir xəstəliyin hücum etməsi üçün orqanizm qurban olaraq özü virus və bakteriyaya təslim olur.

Hələ bunun maliyyə xərclərini və ətrafınızda olan sevdiyiniz insanları itirməyinizi demirəm.

Sağlam həyata qayıtmaq çətinləşir, iş tapmaq mümkünsüz olur ki, bu da müxtəlif ağır və yüngül dərəcəli cinayətləri törətməyinizə səbəb olur.