Özümdən özümə

Qəlbimi insanlar üzdü,
Gözlərimi yollar…
Mənə qalan darıxmaq oldu,
Bir də ki, unutmaq…

Ruhuma ruhlar toxundu,
Özümə həyat,
Ağlımı fikirlər yordu,
Özümü, bağışlamaq…