Karantinin evdə qalması

Bu karantin müddətində kişi evdə oturan zaman hansı ailələrdə narazılıq halları olacaq, iş dava və boşanma dərəcəsinə çatacaq?!

  1. İşləməyən evdar qadın: Əksəriyyəti ev işini ər gələnə yaxın edirdi, qalan vaxtı ya qeybətə, ya anasına şikayətə, ya gəzməyə, ya seriala baxmağa, ya da yatmağa sərf edirdi. Ər evdə ikən bunları edə bilməyəcək deyə, içində partlayacaq. Kişi də görəcək ki, qadın evdə heç bir işi görmür.
  2. Evində balaca, hətta körpə uşaq olanlar. Uşaqla ata oynadıqdan sonra oyuncaqlarını ortalıqda qoyacaq, ana da hər dəfə yığışdıracaq, bir gün də oyuncaqları təpəsinə çırpacaq.
  3. Həyat yoldaşı elə tez-tez gəzməyə, yeyib içməyə gedən və evdə tapılmayan cütlüklər. Bu cür həyata öyrəndikləri üçün evdə oturmaq hər ikisi üçün çox çətin olacaq. Bir müddət online sifariş və 3 d gəzinti ilə yola versələr də, tez bezəcəklər. Evdə oturduqları zaman bir-birini kəşf edəcəklər. Mənfi tərəfləri daha çox üzə çıxacaq.
  4. Uşağı orta məktəb şagirdi olanlar. Dərs ilə adətən ana məşğul olur. Ata bekarçılıqdan bu prosesə qarışıb, ana və övladı savadsız çıxarsa, o kişiyə ya söz girəcək, ya bıçaq.
  5. Pulu bədxərclik ilə xərcləyən tərəflərin hər ikisi olarsa, tez bitəcək pul, kəsilən gəlir mənbəyinə görə dava qaçılmazdır. Çünki pul xərcləndikcə, digər tərəfdən də gəlməlidir.
  6. Tərəflərdən biri və ya hər ikisinin kənarda münasibət, sevgilisi olanlar. Həyat yoldaşının yanında tez-tez yazışmaq, danışmaq, səs yollamaq, evdən bir bəhanə ilə çıxmaq alınmayacaq. Qarşı tərəf də görüş tələb edəcək, darıxacaq, yazacaq, zəng edəcək. Zibilin üstü tez açılacaq.