Səninlə…

Səninlə dənizdə rəqs etmədik…

Səninlə tonqal ətrafında qızınmadım, gecəni yola salmadım, səhəri açmadım…

Sənə doyunca sarılmadım…

Səninlə doyunca gülümsəmədim…

Səninlə olan bağlarımı bərk bağlamadım…

Səninlə yağışın altında fırlanmadım…

Sənə sevdiyimi etiraf etmədim…

Sənin əlindən bərk tutmadım…

Sevgim yarımçıq qaldı…

Dondu… Qaldı… Nə irəliyə apardı məni, nə geriyə…