Yoxsulluq

Bu millətdə yoxsulların bir qismi bilirsiniz niyə yoxsuldur? Çünki qəlbləri qaradır, şərçil, qarğış edən, bədniyyət, paxıl, qısqanc, tənbəl və naşükür, düşüncəsiz və insanları özünə borclu bilən, aqressiv və nifrət doludurlar. Biri mənə işləyib özünü saxlaya bilirəm deyə qarğış edir ki, qazandığım pul uşağının doğulmasına xərclənsin, keysəriyyə olum. Biri deyir, işləyirsən, övladımı saxla. Birinə 20-30 manat…

Bu millətdə yoxsulların bir qismi bilirsiniz niyə yoxsuldur?


Çünki qəlbləri qaradır, şərçil, qarğış edən, bədniyyət, paxıl, qısqanc, tənbəl və naşükür, düşüncəsiz və insanları özünə borclu bilən, aqressiv və nifrət doludurlar.


Biri mənə işləyib özünü saxlaya bilirəm deyə qarğış edir ki, qazandığım pul uşağının doğulmasına xərclənsin, keysəriyyə olum.


Biri deyir, işləyirsən, övladımı saxla.


Birinə 20-30 manat pul verirsən, deyir, mənə 100 manat ver, bu nədir?


Biri deyir, nə olsun ki, hamiləsən, kirayədə qalırsan. İşləyirsən, pulun var, məni də saxlamalısan.


Biri deyir, bazarlıq etmə mənə, pul ver.


Pulum var, işləyirəm? Özüm üçün, öz övladım üçün işləyirəm. Sizə də borcum yoxdur. Sizin kimilərin yaxşılıq etmək, sizi anlamaq, dəstəkləmək ağılsızlıqdır. Siz acından və yoxsulluqdan ölsəniz yaxşıdır. Allah bilir, kimə nə edir. Sizin kimilərə görə insan yaxşılıq etmək, kiməsə əl tutmaq istəmir.


İşləyirəm? Sən də işlə. Ərin işləsin. Aktiv və bağlanmayan o qədər iş yeri var ki…


İşsiz kimi qeydiyyatdan keç, sosial müavinət üçün müraciət et, bizneslə məşğul ol. Pul qazanmağın yolları çoxdur. Sizə bu xeyir eləmir. Öyrəşmisiniz hazıra nazir olmağa, dilənməyə.

Tags: