Həyata qalib gəlin

Qapıçı yoxkən,
Bir qol vurun
Həyat qapısına…
Cərimə meydançasından
11 metrlik zərbə…
Çətinə düşəndə,
Yana vurun zərbələri,
Vaxt qazanın…
Küncdən zərbə,
Ötürün pası
Dost, tərəfdaşa…
Bircə qalib gəlin,
Qol buraxmayın,
Müdafiəni boş buraxmayın,
Başınız qarışmasın hücuma…