Güclü insanlar var

Güclü insanlar var,Qırıla bilir, səssiz-səmirsiz,Hissələrini yığır ovcuna…Yaralanmış gülüşündəGüclü insanlarSezdirməzlər qırıldığını…Güclü insanlar dabir gün tükənir,İçində hayqırır,Ağlayır o da…TükənməsiniAnlamaz kimsə…Güclü insanlarBezir, yorulur,Dayanır bir anlıqFasilə üçün…Onlara deyəndə» Güclü insansan»İçində dərin ah çəkir…

Ваша оценка:

Bilirsənmi, mən…

Bilirsənmi, sevgilim, Mən müştəri kimiyəm, Hər zaman haqlıyam… Bilirsənmi, əzizim, Mən istehlakçı kimiyəm, Həyatda sənə tələbi, qiymətini Formalaşdırıram… Bilirsənmi, canım, Mən göyqurşağı kimiyəm, Təmizlənmiş havada, Görsənirəm gözlərinə… Bilirsənmi, doğma insan, Mən körpə kimiyəm, Sənə möhtacam…

Ваша оценка:

Bəzən elə sevərsən ki…

Bilmirəm, yazdığım bir sevginin təsviridir, ya bir ayrılığın…Amma fikirlər qədər insanın başqa dost və düşməni ola bilməz. Bir də bu fikirlər hisslər ilə əlbir olarsa, ya da ona zidd olarsa, vicdanın oyanması var… Vicdan insanı sındırır da, süründürür də, yorur da, hüzursuz edir də, ruhunu üzür də, enerji mənbəyini tükədir də… Vicdan məcbur edir ki,Продолжить чтение «Bəzən elə sevərsən ki…»

Ваша оценка:

Tənhalığımı bitirən…

Tənha olduğumdan bəri tək adamlıq yataqda yuxuya gedirdim… Öyrəşmişdim. Tənha insanlara gərək deyil geniş yataqlar…Tənha olduğumdan bəri paylaşmağı unutmuşdum… Özüm üçün bişirirdim təkadamlıq yeməyi…Tənha olduğumdan bəri qab-qacağın sayı azalmışdı. Bir qismini həyat məni sındıranda sındırmışdım, bir qismi özü məndən xilas olmaq üçün yerə çırpmışdılar özlərini…Tənha olduğumdan bəri evimə də gec gedirdim. Niyə, hara tələsin ki?Продолжить чтение «Tənhalığımı bitirən…»

Ваша оценка:

Əslində…

Əslində…Özümüzə etiraf etmirik reallığı, etiraf etsək, bu reallığı qəbul etmiş hesab edilirik…Əslində…Reallıq isə budur ki, çevrəmiz daralır, dost sayımız məhdudlaşır, insanlara münasibətdə güvən problemimiz yaranır…Əslində…Reallıq budur ki, insanlar yaxın olduqları zaman onları uzaqlaşdırmaq daha çətin olur, çünki bağlanırıq, sevirik, güvənirik… Evimizə qapımızı açdığımız insanlara bir daha qapımızı açmırıq, əvəllər səmimi olduğumuz insanlarla susuruq, dinləyib müşahidəПродолжить чтение «Əslində…»

Ваша оценка:

Beynəlxalq fahişəlik günü…

Fahişəlik — bədəni yox, əqidəni satmaqdır.Fahişəlik — bir insanı tanımadan qınamaq, müzakirə etmək, onu fahişə çıxarmaqdır.Fahişəlik — insanlardan rüşvət almaq, insanların sevincinə görə pis olmaqdır.Fahişəlik — kiminsə xoşbəxtliyinə paxıllıq etməkdir.Fahişəlik — kiminsə uğurlarını şübhə altına almaqdır.Fahişəlik — insan yerinə qoyulan kimi qudurmaqdır.Fahişəlik — bir insanın özəlini ictimailəşdirməyə, öz fahişəliyini təmizə çıxarmağa çalışmaqdır.Əsl fahişəlik bədənin satılmasıПродолжить чтение «Beynəlxalq fahişəlik günü…»

Ваша оценка:

1 iyun

Onlar sevginin tükənməz mənbəyidir.Onlar müsbət enerjinin istehsalçısıdır.Onlar gülüş səbəbkarıdır.Onlar fəlsəfi məktəbdirlər…Onlar körpədirlər, uşaqdırlar, yeniyetmədirlər, gəncdirlər…Müdafiə edək ki, onlarsız qalmayaq!Bayramınız mübarək!

Ваша оценка: