Tənhalığımı bitirən…

Tənha olduğumdan bəri tək adamlıq yataqda yuxuya gedirdim… Öyrəşmişdim. Tənha insanlara gərək deyil geniş yataqlar…
Tənha olduğumdan bəri paylaşmağı unutmuşdum… Özüm üçün bişirirdim təkadamlıq yeməyi…
Tənha olduğumdan bəri qab-qacağın sayı azalmışdı. Bir qismini həyat məni sındıranda sındırmışdım, bir qismi özü məndən xilas olmaq üçün yerə çırpmışdılar özlərini…
Tənha olduğumdan bəri evimə də gec gedirdim. Niyə, hara tələsin ki? Kimsə gözləmirsə məni…
Sonra…
Səni tanıdım. Təkadamlıq yatağımın sənə məxsus bir küncü oldu…
Sonra səni hiss etdim, hər ünsiyyət zamanı…
Sonra səni gözlədim… Günlərimi həftələr əvəzlədi… Saymağa başladım…
Sonra səni sevdim… Sevdiyim insana bənzəyirdin…
Sonra sənə sarıldım. Mənə doğru uzanan əllərinə sığındım…
Sonra səni izlədim. Hər yuxuya dalınca, səni izlədim, qoxunu içimə çəkdikcə, kövrəldim…
Sonra sənə bağlandım… Sən tərk etməyəcəyim tək varlıqdan…
Sən tənhalığımı bitirmisən…
Sən Onurumsan!