Bilirsənmi, mən…

Bilirsənmi, sevgilim,

Mən müştəri kimiyəm,

Hər zaman haqlıyam…

Bilirsənmi, əzizim,

Mən istehlakçı kimiyəm,

Həyatda sənə tələbi, qiymətini

Formalaşdırıram…

Bilirsənmi, canım,

Mən göyqurşağı kimiyəm,

Təmizlənmiş havada,

Görsənirəm gözlərinə…

Bilirsənmi, doğma insan,

Mən körpə kimiyəm,

Sənə möhtacam…