Qadın olduğum üçün bir oğul doğdum

Qadın olduğum üçün bir oğul doğdum,
Qadını anlayan, qoruyan olsun…
Qadın olduğum üçün bir oğul doğdum,
İnsanlıq adına xidmət eləsin…
Qadın olduğum üçün bir oğul doğdum,
İnsan sevgisini ötürə bilsin…
Qadın olduğum üçün bir oğul doğdum,
Öldürmək yerinə o həyat versin…
Qadın olduğum üçün bir oğul doğdum,
Şiddət əvəzinə mərhəmət versin…
Qadın olduğum üçün bir oğul doğdum,
Hiss ilə fikrini qurban verməsin…
Qadın olduğum üçün bir oğul doğdum,
Kişiyə baxışı dəyişə bilsin…
Qorxunun yerinə gülüş bəxş etsin…