Biz elə cəmiyyətdə yaşayırıq ki/2020

Biz elə cəmiyyətdə yaşayırıq ki, rüşvətxorluq cinayət olsa da, rüşvət almayana, verməyənə pis baxırıq…


Biz elə cəmiyyətdə yaşayırıq ki, hüquqlarını bilən və tələb edən şəxsi ələ salırıq…


Biz elə cəmiyyətdə yaşayırıq ki, sosial həmrəylik komfort zonasından çıxmış insanın fikir və həyat tərzinə etiraz etmək üçün formalaşır…


Biz elə cəmiyyətdə yaşayırıq ki, pulu olmayanları bahalı məhsul alan, xidmətlərdən istifadə edən yerdə yaxalayırıq…


Biz elə cəmiyyətdə yaşayırıq ki, burnumuz kiminsə evində, həyətində, həyatında ilişib qalır…


Biz elə cəmiyyətdə yaşayırıq ki, ana, ata olmaq üçün ailə qurulur, məqsədə çatanda dağıdılır…


Biz elə cəmiyyətdə yaşayırıq ki, öz həyatını öz istədiyi kimi yaşayana əxlaqsız kimi yanaşırıq…


Biz elə cəmiyyətdə yaşayırıq ki, doğulan övladlarımızı ömrünün sonuna qədər doğulmağına peşman edəcək, həyatını minnətlərimiz ilə zəhər edəcək valideyn olmağımız ilə fəxr edirik…


Biz elə cəmiyyətdə yaşayırıq ki, hər növ şiddət alqışlanır, şiddət əleyhinə olan insan peysər, fahişə hesab edilir…


Biz elə cəmiyyətdə yaşayırıq ki, bizim həyat, seçim və qərarlarımızı atalar sözləri, misalları, şifahi xalq ədəbiyyatının digər nümunələri idarə edir…


Biz elə cəmiyyətdə yaşayırıq ki, savadlı, ağıllı adamları savadsız, ağılsız adamlar idarə edir, onları özlərinə ram edir…

Biz elə cəmiyyətdə yaşayırıq ki, dürüst, səmimi insanları gic hesab edirik…

Biz elə cəmiyyətdə yaşayırıq ki, başqalarının övladını onun ana-atasından çox sevirik, onunla bağlı hər cür yersiz məsləhət veririk, hər sahədən başımız çıxan kimi, təcrübəli biri kimi özümüzü aparırıq…

Biz elə cəmiyyətdə yaşayırıq ki, pulu zəhmət çəkmədən, asan yolla qazanmağın hər cür yolunu axtarıb tapırıq…

Foto: Nofəl Ümid