Geniş təhlil

Bir xəstəlik, virus insanları işsiz, pulsuz qoyub, ev dustağı edib, acından və xəstəlikdən qırır. Bir də təsəvvür edin ki, bir çox işlərdə, sahələrdə insanları peşəkar süni intellekt, robot əvəzləsin. Nə qədər sahələr üzrə peşəkar kadrlar ixtisara düşüb işsiz qalar, acından ölər, xəstəlik tapar, depressiyaya düşər…
Bizim kimi ölkələrdə distant, onlayn iş bu qədər gec formalaşır, məlumat təhlükəsizliyinin qorunması problemi bir yandan, texniki bilik və təcrübəsi olan kadrların maarifləndirmə işinə cəlb edilməməsi, peşəkarların ölkədən getməsi, ixtisasını dəyişməsi, başqa işə keçməsi amilləri ölkənin əmək bazarını çökdürər, hər sahədə kadr çatışmazlığına səbəb ola bilər. Bu isə həm əməliyyat, həm ölkə, həm gəlir itkisi olaraq maliyyə riskidir. Bir vətəndaşa çəkilən xərc ola bilsin ki, azalsın. Bəs o bir vətəndaşın gətirdiyi gəlir niyə nəzərə alınmır?
Ölkəyə peşəkar risk, sərmayə menecerləri, təhlilçilər gərək olduğu halda, onların rəyi nəzərə alınmır.

Təbii intellekti süni intellekt, insanı robot əvəzləsə, nə baş verəcəyi barədə düşünmüsünüz?

Təsəvvür edin ki, virusa görə aqorafob olanlar süni intellekt və robotların aqorafobları olacaq…