Şəhidlik missiyası

Mən oğlumu şəhid olmaq üçün, vətən uğrunda ölmək üçün, siyasətin qurbanı olmaq üçün öz həyatımı riskə atıb doğmamışam, böyütmürəm. Haqsız və ədalətsizlik olan yerdə, insan həyatı ilə oynanılan məkanda nə vətən yada düşür, nə də şəhidlik zirvəsi arzulanır…
Müharibə olsa, hər kəs bərabər vuruşsun, varlısı da, məmuru da ön cəbhədə vətən uğrunda şəhid olsun, elə fəxr ediləsidirsə. Pafos ilə vətən sevgisi olmur, sevgi ölmək deyil, yaşamaqdır. Vətən sevgisi vətən üçün yaşamaqdır!!!!!
Ata olmayan evdə oğul olur evin kişisi. Beləcə vaxtından öncə böyüyür şəhidlərin oğulları…