Şəhidin oğlu

Bir anda böyüyür şəhid övladı…
Göz yaşı böyüdür kiçik balanı…
Bir anda qocalır şəhid anası,
Sevgisiz, dayaqsız qalır xanımı…
Oğlu olacaqdır evin kişisi,
Yükünü daşıyan evin, eşiyin,
Dərdini içində daşıyaraq
Ağlamaz şəhidin kişi balası…