Sərmayə qoyuluşu və risklərin idarə edilməsi

Həyatınızın ən böyük və özünü doğrultmayan riski sizə uyğun olmayan, xarakteriniz uzlaşmayan birisinə edilən sərmayə qoyuluşudur. Sərmayə kimi qoyduğunuz vaxt, fikir, hiss, pul, münasibət, ümumilikdə hər şeyə görə peşman olursunuz. Ona görə hər addımınızı, insanı potensial sərmayə strategiyası, layihəsi kimi dəyərləndirib risklərinizi qiymətləndirin. Sonra da göz yaşı, peşmanlıq, «kaş ki, bəlkə»lərə ehtiyac qalmaz. Kiməsə nifrət etmək, neqativ enerjini ötürmək zərurəti yaranmaz.

Bir çox insanlar 35 yaşdan sonra dürüstlük, hüzur, azadlıq, təklik istəyir. Çünki təcrübəsi olur, insanları tanıyır, xarakteri formalaşır, vaxt və əsəblərinin, fikir və hisslərinin qədrini bilir.