Sıradan fikirlər

Nöqtə olmaq yaxşıdır. Kimsə səni önəmsəmir. Kimsə səni görmür. Kimsə ciddi qəbul etmir. Sən isə bitirirsən. Cümlələri, fikirləri, insanları… Ən sadəsindən tutmuş ən mürəkkəb olanına qədər…


Nida olmaq yaxşıdır. Hər kəsin gözündə düz xətt və nöqtə kimi görünürsən. Sən isə bir əmrsən, qəti qərar, seçimsən…


Hava soyuyan kimi təkliyimə bürünürəm…
İnsanlar məni məyus edən kimi susaraq gedirəm…
Həyat təcrübəsini mənə sırıdıqca, ondan inciyirəm…
Qazandıqlarımı itirdikcə, küçədəki sahibsiz heyvanlar kimi özümü hiss edirəm…
Mənə hüzur lazımdır bəzən, bəzən də unudulmaq!