Bilirsən, nələr var həyatda…

Bilirsən, nələr var həyatda? Xoşbəxtliyinin bir anda bitməsi, yuxudan birdən ayılıb real həyata qayıtmaq… Göz yaşlarını kədərdən olduğunu gizlədib dərhal gülümsəmək… Sevərkən sevdiyin insanda məyus olmaq, özünü tənqid etmək, söymək… Tənha ana olmaq, övladına kişi olmaq, ata olmaq… Hər şeyi dağıtmaq, çıxıb getmək, özü də birdəfəlik… Övladlarının gözlərinin içinə baxıb gülümsəmək, bədbəxtliyini onların sevinci və…

Bilirsən, nələr var həyatda?


Xoşbəxtliyinin bir anda bitməsi, yuxudan birdən ayılıb real həyata qayıtmaq…


Göz yaşlarını kədərdən olduğunu gizlədib dərhal gülümsəmək…


Sevərkən sevdiyin insanda məyus olmaq, özünü tənqid etmək, söymək…


Tənha ana olmaq, övladına kişi olmaq, ata olmaq…


Hər şeyi dağıtmaq, çıxıb getmək, özü də birdəfəlik…


Övladlarının gözlərinin içinə baxıb gülümsəmək, bədbəxtliyini onların sevinci və gülüşündə, onlara olan sevgimdən gizlətmək…


Yarımamaq, sevgidən, dostlardan, övladlarının atasından…


Ölmək, intihar etmək istəyini beynindən qovmaq üçün yaşamaq üçün bir səbəb tapdığına uşaq kimi sevinmək…


Bir də ki, ən ağırı bilirsən nədir?


Sevdiyin insanları tərk etmək, onlar üçün itki olmamaq… Sevilməmək… Unudulmaq… Əvəz edilmək…

Qədrini bilməyən insanlarla xatirələrindən bərk-bərk yapışmaq…


Gecə bütün yükü 7 saatlıq kənara atıb yuxuya getmək üçün 1 saat dayanmadan ağlamaq…


Həyat budur mənim üçün…

Tags: