Sağlam olun

Oktyabrın ikinci yarısından havanın soyuması, günəş şüalarının payının azalması, vitamin və minerallar ilə zəngin meyvə və tərəvəzlərin mövsümünün bitməsi insan orqanizminə zəruri olan vitamin və mineralların çatışmazlığına və insanın virus/bakteriyalar önündə aciz, zəif olması şəraitinin yaranmasına və xəstələnməsinə, immunitetin zəifləməsinə səbəb olur. Ona görə də məcburi qaydada multivitamin və multimineral kompleksini qəbul etməniz şərtdir. Unutmayın, bir valideynin xəstələnməsi zamanı evdəki yaşlılar, uşaqlar və körpələrin yoluxması riski artır. Özünüzü sağlam saxlayın, sağlam qidalanın, rejimlə yeyib yatın, dincəlin, idmanla məşğul olun, əsəblərinizi qoruyun, özünüzü sevin.