Bazar adamı

Sentyabrın 1-də, düz 30 il bundan əvvəl orta məktəbə getmişəm. Ağır illər idi. Həm maddi, həm mənəvi cəhətdən valideynlərimiz bizim üçün nələr etmirdi. Atam dövlət qulluqçusu olsa da, dürüst insan idi, ancaq maaş alırdı. Varlı olmamışıq. Amma evimizə hər şey alınırdı. Çörək növbəsi, talonlar… Indi hər şey var, satılır. O vaxt xaricdən gətirilən məhsulu hər kəs ala bilmirdi. Bir yandan da meydan və küçələrdə azadlıq tələb edirdik…
Təhsil almaq çətin idi. Ali məktəblərə daxil olmaq üçün ya savad olmalı idi, ya tapşırıq, adam…
Digər tərəfdən də müharibə,  böhranın dibi… O vaxtlar ailəsini saxlaya bilən kişi az idi.
Çətinlik çox olsa da, ailə dağılmırdı. Qadın kişinin yanında idi.
İndi yaşamağa nə var ki… Seçim çoxdur. Iş üçün peşələr, maaşlar… Hər şey açıq satışda… Hər iki tərəf ali təhsilli, işləyən… Amma ailələr dağılır. Pulu kredit aparır,  rüşvət dəlixanaya salır adamı…
Demokratiya var azadlıq olmadan. Məhsul və xidmət var pul olmadan… Uşaqlar doğulur ailə olmadan… Hər yükü də çiyinlərində qadın çəkir. Ali təhsil var savad vermədən. Səhiyyə var sağlamlığına qovuşdurmayan…
Bircə bu il çətin oldu. Çox çətin… Yenə yaxşı ki, intihar edənlərin sayı çox deyil…
Bazar iqtisadiyyatı bazara çevirdi buranı, vətəndaşları oldu bazar adamı…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: