Qara camaat

Qara camaat dövlət təhsilini, xaricdə təhsili neynəsin? Onsuz da təhsilinə uyğun şərtlərlə iş tapa bilməyəcək. Tapsa da, öz işi və kənar işlə o qədər yüklənəcək ki, konkret minilmiş olacaq.
Qara camaat dövlətin səhiyyəsini neynəsin? Pulsuz tibbi xidmət üçün elə pul istəyəcəklər ki, verə bilməyəcəyi üçün səhiyyə müəssisəsinin içərisinə buraxılmayacaq, elə orada can verəcək.
Qara camaat sosial güzəşti neynəsin? Ailəsinin yaşaması üçün o pul bəs etməyəcək.
Qara camaat restoran, mədəni istirahət, məzuniyyəti neynəsin? Aldığı pul ilə onlardan faydalana bilməyəcək.
Qara camaat ölsün öldüyü yerdə, yerini bilsin…
Vəzifəyə gələn kimi bu xalqdan çıxanlar belə deyirlər, çünki pul insanları dəyişir…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: