Həyat hekayəm

Mən doğulanda anam ağlamışdı. İstəmirdi ki, qızı doğulsun. Bilirdi ki, nə zahirən, nə də xarakter, düşüncə baxımından ona oxşayanam, gen öz işini görəcək.


Bunu mənə dəfələrlə deyəndə, inciyirdim, ondan daha da uzaqlaşırdım. Hey düşünürdüm ki, ailədə məni sevmirlər, qardaşım övlad kimi kifayət edir. Dəfələrlə uşaq ikən intihar etmək, evdən qaçmaq istəyirdim. Getməyə yerim yox idi…


Zaman keçdi, anladım ki, bu özü cəsarət, səmimiyyət, dürüstlük imiş anam tərəfindən…

Bu cəmiyyətin ən çox qınadığı, həm də yerimdə olmaq istədiyi, həsəd apardığı qadın tipiyəm.


Azadam. Dürüstəm. Konkretəm. Empatikəm. Liberal, demokratikəm. Cəsarətliyəm. Karyeram var, pul qazanıram. Ailə qurmadan, kiminsə oğluna yük olmadan ana olmuşam. Fərqli və qəbul edilməyəcək açıq fikirlərim, həyat tərzim, seçimlərim, qərarlarım var.


Qızım atasını seçdi, 6 ildən çoxdur ki, görmürəm, həsrətini çəkib yaşayıram.


Oğlumun atasının sevib öz ailəsini qurmasını və xoşbəxt olmasını istəyirəm. Övladıma ad, soyadını götürməkdən, maddi dəstək, aliment iddialarından imtina etmişəm.


Hər iki halda, qızımı da, oğlumun atasını da çox sevirəm. Bəlkə çox sevdiyim üçün getməyini əngəlləmir, buraxır, xoşbəxtlik diləyirəm.


Önyarğı, ittiham, qınaqlara da gülərək, susaraq keçirəm. Çünki mənim üçün həqiqət mənim həqiqətlərimdir.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: