Bu həyatda

Bu həyatda insanlar müqəddəs, ali nə varsa, onu adiləşdirir. Yaratmaq yerinə dağıdır… Sevmək yerinə nifrət edir. Yaşamaq yerinə intihar edir… Özündən güclü, yüksəkdə olanlardan qorxduğu üçün yaltaqlanır ona. Özündən zəif, aşağıda olanları qorxmadığı üçün əzir keçir, məhv edir.


Bu həyatda öz yaratdığını özləri dağıdır. Çəkdiyi əziyyəti, sərf etdiyi zamanı hədərə verir. Ilk dağıdılan nöqtə, ilk vurulan zərbə təməlindəki güvən daşı olur, sonra güvən üzərindəki sevgi, hörmət, anlayış daşları çökür, parçalanır…