Bir çox hallarda

Bir çox hallarda sükunət və səssizlik insanı kar edir. Bu sükunətdə eşitməyənləri anlayır insan…


Bir çox hallarda susmaq və hüzur meditasiyasına baş vurmaq insanı lal edir. Səni eşitməyənlər bu fərqi də eşitmir, səni görməyənlər, görməzdən gələnlər bu fərqi sıradan sayır…


Bir çox hallarda, ən yaxşı və ən yaxın dostun özün olursan, kölgən olur… Sənə yalan deməyən, xəyanət etməyən, sənin yanında olan…


Bir çox hallarda, anlayırsan ki, həyatındakı itkilərdə qazanc var, qarada ağ var, şərdə xeyir, məğlubiyyətdə qələbə…


Yaşamaq üçün bir səbəb yetər… O da ki, sən özünsən!