Gəl

Gəl, səninlə şərt kəsək,
Sən sus, dinlə bu dəfə,
Mən qapını açanda,
Get, qayıtma geriyə…


Gəl, səninlə dağıdaq,
Birgə həyat yolunu,
Körpüyə də od vuraq,
Geri dönməmək üçün…


Gəl, səninlə başlayaq,
Xatirəsiz həyata,
Varlıq itsin zamanda,
Ağı tapaq qarada…