Qadınlar

Sevgisiz qalanda bəzən qadınlar
Təkliyə «ər» deyib ayaqda qalar,
«İtkiyə ağlama» deyən qadınlar
Buludun yerinə dolub boşalar…

Sevməyi bilməyən kişini qadın,
Süpürüb silərək kənara atar…
Susaraq dözməyə məhkum olanlar,
Uzanmış saçlardan qisasın alar…