Həyat üzrə kiçik qaydalar

Səbr etmək ilə təhəmmül arasında böyük fərq var. Səbr müsbət enerjidir, müsbət nəticə verir. Təhəmmül isə əksinə…

Səbəblər olan yerdə bəhanələrə yer yoxdur. Bəhanələr səbəblər olmayanda silaha çevrilər. Ona görə də «filan kəsin və filan şeyin «üzündən»» ifadəsi doğru deyildir. Bu sadəcə ucuz bəhanədir.

Bir də ki, unutmayın ki, etdiyiniz sizə dönür, etmədiyiniz sizi pərişan və peşman edir. Ona görə edin, onu edin ki, sizə qayıdan zaman sizi sevindirəcək, xoşbəxt edəcək.