Onura açıq məktub…

Sən…Bəli sən… Oğlum…İşıqlı dünyan ilə qaranlıqdakı işıqları görürsən…Kitabdakı rəsmlərdə fərqli rəngləri öyrənirsən… Həyatın ağ-qara olmasın deyə hər rəngə maraq göstərirsən…Təbiəti sevirsən… Açıq hava, ağaclar, yarpaqlar, torpaq səni özünə cəlb edir…

6 ayın mübarək, oğlum…Zaman necə tez gəldi, artıq 14 aydır ki, tək deyiləm. Sənin varlığına, sevginə sığınmışam, xoşbəxtəm. 14 aydır ki, həyatıma rəng qatmısan. Sevincim olmusan, hüzurum olmusan, sevgim olmusan. Sən həyatın özüsən. Sənin gülüşün, səsin, qucaq üçün açılan əllərin, baxışındakı dərinlik, nəfəsin, hüzurun, ağlın, gücün -bunlar bir möcüzədir. Nə yaxşı ki, səni seçdim. Nə yaxşı ki, doğulmusan.Oğlum, bir ana, bir ata kimi sənə hər şey verəcəyəm, sənə görə yaşayacağam, səni qoruyacağam, səni insan kimi böyüdəcəyəm, sənə sevgimi, azadlığımı, hüzurumu verəcəyəm. Yoxluq içində üzülməyəsən. Kimsə sənə artıq söz deyə bilməyəcək. Xətrinə dəymək, sənə artıq söz demək istəyən hər kəsi diri basdıraram torpağa, üstünü də şumlayaram.Mən sənin doğrularının da, səhvlərinin də yanındayam. Mən sənin ən yaxın dostunam. Səni çox sevirəm.