Mübarəksiniz

Bu il çoxlarına düşməsə də, mənə düşdü. İnsanları ələdim, tanıdım, həqiqəti öyrəndim, ana oldum. Gözəl insanlar ilə tanış oldum, yeni dostlar qazandım, ailəm oldu. Tənha ana ola bilərəm,  amma tək deyiləm. Mənə inanan, dəstək olan, məni sevən, tanıyan insanlar çoxdur. Nə yaxşı ki, onlar var.Pozitiv enerji mübadiləsi, sevgi, anlayış, dinləmə, hörmət, dürüstlük, mərdlik, cəsarətdə həmrəyПродолжить чтение «Mübarəksiniz»

Ваша оценка:

İqtisadiyyat və xəstəlik

Hər il koronavirusun yeni ştamı çıxarsa, onun vaksinini gözləyəcəyik. Hər yeni ştamı daha təhlükəli olsa, daha tez yayılsa, sərt karantin sayəsində nəinki iri şirkət, korporasiyalar, transmilli holdinglər, hətta bir çox inkişaf etməkdə olan ölkələr, eləcə də üçüncü dünya ölkələri müflis olacaq. Çünki iqtisadiyyatı çökmüş, xarici ticarəti-ixracı azalmış, büdcə gəlirləri aşağı düşmüş, büdcə xərcləri artmış birПродолжить чтение «İqtisadiyyat və xəstəlik»

Ваша оценка:

Özümə etdiyim tənqid

Özümdə tərgitmək istədiyim cəhətlər az deyil. İfrat dərəcədə dəqiqlik, simmetriklik, rasionallıq, praktiklik, planla işləmək, konkretlik, tələbkarlıq, məsuliyyətli olmaq, sərtlik var. Elə bilirəm ki, hamı belədir və belə olmalıdır. Özümə qarşı da ifrat dərəcədə məsuliyyət və tələbkarlıq var. Bəlkə ona görə də özümə uyğun insanları axtarsam da, tapa bilmirəm. İfrat dərəcədə mərd, dürüst, cəsarətli olmaq daПродолжить чтение «Özümə etdiyim tənqid»

Ваша оценка:

Həyatda

Bu həyatda kimə nə edirsən, o da dönür geriyə. Pislik pisliyi gətirir. Şər şəri. Ruh sağlam olmayanda, düşüncələr sağlam olmayanda, niyyət və əməllər də sağlam olmur. Belə insanları boş verin, sağlamlıq, sevgi və xoşbəxtlik diləyin. Ən pis insan belə sağlam, sevimli və xoşbəxt olmalıdır. Hər kəsi bağışlamışam, boş vermişəm. Ona görə də hüzurlu, xoşbəxtəm!Ədalət var.Продолжить чтение «Həyatda»

Ваша оценка:

Ən gözəli

Ən gözəli susmaqdır. Paylaşmamaqdır. Güvənməməkdir. Ən gözəli yazmaqdır. Gündəlik tutmaqdır. Bloq yaratmaqdır. Ən gözəli hər kəsə açılmamaqdır. Hər kəsi sevməməkdir. Ən gözəli şans verməməkdir. Unutmamaqdır pisi, yaxşını. Ən gözəli öz yolunu seçməkdir, getməkdir, uzaqlaşmaqdır. Ən gözəli baş qoşmamaqdır hürən itə, gedən karvana. Ən gözəli yaşamaqdır. Səni sevən insanları sevməkdir. Ən gözəli var olmaqdır. Hüzuruna bağlanmaqdır,Продолжить чтение «Ən gözəli»

Ваша оценка:

Qatıqlayın

Kimsə nəyisə anlamaya, anlamadığı üçün sevməyə, bəyənməyə bilər, amma onu lağ etmək, mübahisə etmək obyektinə çevirə bilməz. Bu nadanlığın bir növüdür. Kiməsə din, kiməsə sufilik, kiməsə muğam, kiməsə qəzəl, qəsidə anlaşılmaz, mürəkkəb gələ bilər, qavrama səviyyəsinə uyğunlaşdırmaya bilər, hətta əsaslı və məntiqli izah ilə tənqid edə bilər. Amma əsla kiməsə haqq verilməyib ki, lağ etsin,Продолжить чтение «Qatıqlayın»

Ваша оценка:

Ana…

O gün gələcək bir gün…Mən böyüyəcəyəm, Ana…Göz yaşların axmayacaq daha…Gözlərindəki kədər silinəcək…Başını boynuma qoyacaqsan…O gün gələcək bir gün…Üzündəki təbəssümün işıq saçacaq…Saçlarındakı ağlar başqa rəngə çalacaq…Yanaqlarından öpəcəyəm hər gün…Barmaqlarım saçlarına sığal çəkəcək

Ваша оценка:

Bir ananın duası

Bir qadın, bir ana kimi dua edirəm, sağlam olum, güclü olum, kiməsə möhtac olmayım…Övladlarımın yanında olum, onları qoruya bilim, sevim, sevindirim…Azad və hüzurlu olum, xoşbəxt olum ki, bu mühitdə övladlarım böyüsün.Ən yaxın dostu, sirdaşı olum, fəxr etsinlər mənimlə.Kiməsə görə deyil, özünə görə yaşayıb, qərar versinlər və seçimlərini etsinlər. Cəmiyyəti, mental dəyərləri, patriarxal idarəetməni vecə almasınlar.Продолжить чтение «Bir ananın duası»

Ваша оценка:

İnsanların düşüncəsi

İnsanların düşüncəsi dəyişdikcə, münasibəti, həyat tərzi dəyişir, özünü dəyişdirir, xarakterində dəyişiklikləri özünü göstərir. Məsələn, əvvəl elə bilirdim ki, insan sevirsə, güzəştə getməlidir, qurban verməlidir, dözməlidir. İndi elə düşünmürəm. Bir insan sevirsə, sevilirsə, niyə nəyəsə dözməli bir dərəcəyə çatdırılmalıdır, niyə nəyə və ya kiməsə görə güzəştə getməlidir, niyə özünü və ya nəyisə, kimisə qurban verməlidir ki?!Продолжить чтение «İnsanların düşüncəsi»

Ваша оценка:

Onurun atası

Oğlumun atası o qədər qorxaq insandı ki, oğlunu qəbul etmir, hər kəsdən gizlədir, birgə şəkillərini də paylaşmır. O qədər qorxaqdır ki, bir dostu ondan üz görüb məni və oğlumu orda-burda müzakirə edir, o birisi də mənə inboksda söz soxuşdurub ağıl öyrətməyə çalışır. O da bunları bilib, qarışmır. O qədər qorxaqdır ki, onlara yerini göstərmir, mənПродолжить чтение «Onurun atası»

Ваша оценка:

Dialoq

Küçədə meyvə satanla təqaüdçünün dialoquna qulaq müsafiri oldum. İndi də ürəyim ağrıyır, kövrəlmişəm.- mənə bir alma verərsən?- hansından?- sarı, yumşaq olsun. Amma bir dənə… Pulum yoxdur üstümdə. Təqaüdümü alanda pulunu verərəm. Nəvəm evdə gözləyir, alma istəyir…Satıcı yaxşı adam çıxdı, verdi almanı. Yerinə vermək istədiyim pulu da götürmədi. Dünyanı belə gözəl qəlbli insanlar xilas edəcək.

Ваша оценка:

Tənqid, təhqir, lağlağı

Bir var tənqid. Tənqidi edənlər məntiqi və əsaslı, şüurlu və strateji təhlil ilə fikrini ifadə edir, tənqid hədəfi olan problem üçün həll yolu təklif edir. Bir var təhqir. Təhqiri edənlər məntiqsiz, əsassız, şüursuz və təhlildən uzaq münasibət bildirər, sözlər seçərlər, bu da ki, nəinki problemi həll edər, hətta yeni problemlər yaradar. Təhqir edənlərin sağlam fikirПродолжить чтение «Tənqid, təhqir, lağlağı»

Ваша оценка:

Miqrantlar

Natamam ali təhsili, uğursuz karyerası, zəif iradəsi, 0 ambisiyası olan, xarici dil biliklərinə sahib olmayan, aldığı təhsil və işlədiyi sahəsi üzrə bir uğuru olmayan, lağlağı, qeyri-ciddi hər kəs batsa, yaxşıdır. Xaricə getsə də, o kəs özünü də aparır. Hara getsə də, dəyişən nəsə olmayacaq, çünki özü dəyişmir. Hara getsə, gedib daha az maaşa, ixtisasından uzaqПродолжить чтение «Miqrantlar»

Ваша оценка:

Xeyirgötürən

Belə bir mənzərəni təsəvvür edin.Həyatınız hüquqi şəxsdir. Siz isə onun sadəcə direktorusunuz. Təsisçisi, xeyirgötürəni başqa insandı, yəni cəmiyyət, ömrünüzü, vaxtınızı, əsəbinizi sərf edən biridir. Enerjinizi, həyatınızı bölüşdürürsünüz, o isə xeyir götürür, əldə etdiyiniz mənfəətə sahib çıxır, əməyinizə ortaq olur, vaxtınızı alır, sevincinizi, sevginizi, pozitiv enerjinizi xərcləyir özünə. Bir gün də hüquqi şəxs bir az pisПродолжить чтение «Xeyirgötürən»

Ваша оценка:

Koronavirusun üstünlükləri

Koronavirus insanlara gözlərlə danışmağı və gülməyi öyrətdi. Subay oğlanlar üçün belə fürsət bir daha ələ düşməyəcək. Qızlarımız makiyajsız çıxırlar evdən… Koronavirusdan istifadə edib insanlara subliminal mesaj göndərirlər: Maskanızı ancaq evdə çıxardın. Kənar yerdə kənar şəxslərin yanında maska taxın.

Ваша оценка: