Miqrantlar

Natamam ali təhsili, uğursuz karyerası, zəif iradəsi, 0 ambisiyası olan, xarici dil biliklərinə sahib olmayan, aldığı təhsil və işlədiyi sahəsi üzrə bir uğuru olmayan, lağlağı, qeyri-ciddi hər kəs batsa, yaxşıdır. Xaricə getsə də, o kəs özünü də aparır. Hara getsə də, dəyişən nəsə olmayacaq, çünki özü dəyişmir. Hara getsə, gedib daha az maaşa, ixtisasından uzaq işdə işləyəcək, qərib ölkədə, dost, ailədən uzaq yerdə yaşayacaq.

Xaricdə miqrantlara münasibət bəllidir. Qərb ölkələri belə öz vətəndaşından üstün tutmur miqrantları. Xaricə yaşamağa və işləməyə o zaman köçmək olar ki, namizədin rəsmi iş dəvəti, sosial sığorta, həyat, tibbi sığortası, ən azı 3 illik əmək müqaviləsi, yüksək gəlirli işi, hər cür şəraiti olan evi, qərbdə tələb olunan təhsil və iş təcrübəsi, xarici dil bilikləri var.

Əks halda, nə fərqi var, burda bədbəxt oldun, acından öldün, ya qərib ölkədə?!