Xeyirgötürən

Belə bir mənzərəni təsəvvür edin.
Həyatınız hüquqi şəxsdir. Siz isə onun sadəcə direktorusunuz. Təsisçisi, xeyirgötürəni başqa insandı, yəni cəmiyyət, ömrünüzü, vaxtınızı, əsəbinizi sərf edən biridir. Enerjinizi, həyatınızı bölüşdürürsünüz, o isə xeyir götürür, əldə etdiyiniz mənfəətə sahib çıxır, əməyinizə ortaq olur, vaxtınızı alır, sevincinizi, sevginizi, pozitiv enerjinizi xərcləyir özünə. Bir gün də hüquqi şəxs bir az pis vəziyyətə düşür, böhran vaxtında xeyirgötürən sizi mənfəətə çıxmadığı üçün ittiham edir, tərk edir. Batan gəmidə, şirkətdə tək qalırsınız. Zərərlə başbaşa. Ona görə də həyatınızın xeyirgötürəni də, hüquqi şəxsin təsisçisi də özünüz olun, özünüz mənfəət əldə edin, özünüzlə bölüşün.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: