Dialoq

Küçədə meyvə satanla təqaüdçünün dialoquna qulaq müsafiri oldum. İndi də ürəyim ağrıyır, kövrəlmişəm.- mənə bir alma verərsən?- hansından?- sarı, yumşaq olsun. Amma bir dənə… Pulum yoxdur üstümdə. Təqaüdümü alanda pulunu verərəm. Nəvəm evdə gözləyir, alma istəyir…Satıcı yaxşı adam çıxdı, verdi almanı. Yerinə vermək istədiyim pulu da götürmədi. Dünyanı belə gözəl qəlbli insanlar xilas edəcək.