İnsanların düşüncəsi

İnsanların düşüncəsi dəyişdikcə, münasibəti, həyat tərzi dəyişir, özünü dəyişdirir, xarakterində dəyişiklikləri özünü göstərir. Məsələn, əvvəl elə bilirdim ki, insan sevirsə, güzəştə getməlidir, qurban verməlidir, dözməlidir. İndi elə düşünmürəm. Bir insan sevirsə, sevilirsə, niyə nəyəsə dözməli bir dərəcəyə çatdırılmalıdır, niyə nəyə və ya kiməsə görə güzəştə getməlidir, niyə özünü və ya nəyisə, kimisə qurban verməlidir ki?! İnsanın özündən önəmli kimi ola bilər, ya özünə sevgisindən önəmli nə ola bilər?! İnsan seçim önündə qoyulmamalıdır, insan dözməməlidir, vaxtını və əsəblərini boş adamlara sərf etməməlidir, ya da qurban verdikcə, özünü qurbana çevirməməlidir.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: