Onurun atası

Oğlumun atası o qədər qorxaq insandı ki, oğlunu qəbul etmir, hər kəsdən gizlədir, birgə şəkillərini də paylaşmır.

O qədər qorxaqdır ki, bir dostu ondan üz görüb məni və oğlumu orda-burda müzakirə edir, o birisi də mənə inboksda söz soxuşdurub ağıl öyrətməyə çalışır. O da bunları bilib, qarışmır.

O qədər qorxaqdır ki, onlara yerini göstərmir, mən susdururam hər birisini. Belə kişi və ata nəyimizə lazımdır axı?! Yaxşı ki, vaxtında ağıl edib onun ad və soyadını ona vermədim. Ailəsi belə bilmir ki, biz varıq.

O qədər qorxaqdır. Onun üçün ictimai rəy, dostlar bizdən daha önəmlidir. Onu çoxunuz tanıyırsınız. Adını yazmağa lüzum görmürəm. Zatən bizim üçün artıq önəmsiz biridir. O, seçimini etdi.Oğlumun atası da, anası da özüməm.Şans verdim ona. Vicdan əzabı çəkməmək, onu övladsız, övladı atasız qoymamaq üçün şans verdim, özü də dəfələrlə. İnsanlar dəyişmir.