Bir ananın duası

Bir qadın, bir ana kimi dua edirəm, sağlam olum, güclü olum, kiməsə möhtac olmayım…
Övladlarımın yanında olum, onları qoruya bilim, sevim, sevindirim…
Azad və hüzurlu olum, xoşbəxt olum ki, bu mühitdə övladlarım böyüsün.
Ən yaxın dostu, sirdaşı olum, fəxr etsinlər mənimlə.
Kiməsə görə deyil, özünə görə yaşayıb, qərar versinlər və seçimlərini etsinlər. Cəmiyyəti, mental dəyərləri, patriarxal idarəetməni vecə almasınlar. Humanist, liberal, empatik, demokratik, sevgi dolu olsunlar, hüzurlu, azad, xoşbəxt olsunlar, sağlam qalsınlar, kiməsə yük olmasınlar. Özlərini sevə, anlaya, qəbul edə bilsinlər. Unutmasınlar ki, nə olursa olsun, kim olurlarsa, olsunlar, mən varam, tək deyillər.