Qatıqlayın

Kimsə nəyisə anlamaya, anlamadığı üçün sevməyə, bəyənməyə bilər, amma onu lağ etmək, mübahisə etmək obyektinə çevirə bilməz. Bu nadanlığın bir növüdür. Kiməsə din, kiməsə sufilik, kiməsə muğam, kiməsə qəzəl, qəsidə anlaşılmaz, mürəkkəb gələ bilər, qavrama səviyyəsinə uyğunlaşdırmaya bilər, hətta əsaslı və məntiqli izah ilə tənqid edə bilər. Amma əsla kiməsə haqq verilməyib ki, lağ etsin, pafosla təhqir etsin, populist çıxışlar ilə ətrafında olanların fikrinə təsir göstərsin. Öz üzərində işləməyən, inkişaf etməyən, intellekti deyil, erudisiyası olan birisi özünü ağıllı, savadlı, dünya görmüş, hərşeyşünas kimi göstərərək özünü gülünc yerinə qoyur.
Ona görə də lağ etdiyiniz, təhqir etdiyiniz nəyi və ya kimisə dərindən, hərtərəfli öyrənin, sonra özünüzə kənardan bir baxın, sonra qatıqlayın…
Qatıq zəhərlənmədən kömək edir. Qatıqlayın ki, içinizdəki zəhəri çölə çıxartsın.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: