Ən gözəli

Ən gözəli susmaqdır. Paylaşmamaqdır. Güvənməməkdir.


Ən gözəli yazmaqdır. Gündəlik tutmaqdır. Bloq yaratmaqdır.


Ən gözəli hər kəsə açılmamaqdır. Hər kəsi sevməməkdir.


Ən gözəli şans verməməkdir. Unutmamaqdır pisi, yaxşını.


Ən gözəli öz yolunu seçməkdir, getməkdir, uzaqlaşmaqdır.


Ən gözəli baş qoşmamaqdır hürən itə, gedən karvana.


Ən gözəli yaşamaqdır. Səni sevən insanları sevməkdir.


Ən gözəli var olmaqdır. Hüzuruna bağlanmaqdır, ruhunu dincəltməkdir.


Ən gözəli sağlam olmaqdır. Xoşbəxt olmaqdır.


Kim nə deyirsə, desin, nə yazırsa, yazsın, nə söz atırsa, atsın, ədalətə tapşırmaqdır o insanı.


Bu qədər sadədir. Önə doğru addım atmaq, zirvəyə qalxmaq, vaxtını səmərəli sərf etməkdir ən gözəli.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: