Özümə etdiyim tənqid

Özümdə tərgitmək istədiyim cəhətlər az deyil. İfrat dərəcədə dəqiqlik, simmetriklik, rasionallıq, praktiklik, planla işləmək, konkretlik, tələbkarlıq, məsuliyyətli olmaq, sərtlik var. Elə bilirəm ki, hamı belədir və belə olmalıdır. Özümə qarşı da ifrat dərəcədə məsuliyyət və tələbkarlıq var. Bəlkə ona görə də özümə uyğun insanları axtarsam da, tapa bilmirəm. İfrat dərəcədə mərd, dürüst, cəsarətli olmaq da doğru deyil. Bilirəm. Bu insanlarda sevgi deyil, ikrah hissi oyadır, qıcıq edir, nifrət hissini yaradır. Amma bundan sonra övladlarımın və atamın sevgisi, özümə sevgi mənə bəs edir. Dost, rəfiqələrimin yeri bir ayrıdır. Onlar da məni sevib sevməmək, qəbul edib etməmək, anlayıb anlamamaqda sərbəstdilər. Kimisə qınamıram. Kimdənsə pislik görsəm, üzülmərəm. Çünki ədalət var, geri dönəcək. Çünki şükr edəcəyəm. Tanıdığım və zərərin yarısından döndüyüm üçün.Bu cür yaşamaq daha hüzurlu, doğrudur. Dəymə mənə, dəyməyim sənə…