Seçimim özüməm

Özümü o qədər çox sevirəm ki, Allahın vurduğu bəndələri vurmuram, bədbəxt insanlara sevgimi və varlığımı paylaşmıram.
O qədər özüm üçün dəyərliyəm ki, sərmayəmi özümə və məni sevən insanları sevərək qoyuram.
O qədər özüm üçün önəmliyəm ki, kimsə canımı yandıra bilməz, xətrimə dəyə bilməz, incidə bilməz.
O qədər güclüyəm ki, yox olanları yox sayaram, varlığım ilə onlara şərəf vermərəm, bağışlamaram. Əzib keçiləsi insanları unudaram. Allah vurub sizi, bir də mən vurmayım…