Xeyriyyəçilik

Fondların, xeyriyyəçiliyin insanlara yeridilməsinin tərəfdarı deyiləm.
1. Çoxu vergidən azaddır deyə  çirkli pulları yumaq üçün, vergidən yayınmaq üçün fond, xeyriyyəçiliyə pul ayırır.
2. Rəsmi iş yeri olan insanlar vergi ödəyir, həmkarlar ittifaqına üzvlük haqqı ödəyir, bu cür xeyriyyə,  maddi dəstək məhz vergi sayəsində dövlət tərəfindən, həmkarlar ittifaqı tərəfindən edilməlidir.
3. Bir çox hallarda insanların inamından sui istifadə halları olur, şəffaflıq olmur, fırıldaqçılıq məqsədlərini daşıyır,  oğurluq, talan, mənimsəmə üçün əlçatan, cəlbedici gəlir mənbəyi olur.
Kiminsə rəsmi maaşından fondlara pulların icbari yönəldilməsi qanunsuzdur və əmək və insan hüquqlarının pozulmasıdır.
Könüllü xeyriyyə,  kömək edən etsin. Amma diqqətli, ehtiyatlı olsun.