Bir daha

Bir daha bizi təhsilsiz qoymasınlar. Bir daha bizi erkən ərə verməsinlər. Namusu yükləyib çiyinlərimizə canımıza qıymasınlar. Bir daha bizi vurmasınlar. İntiharımıza səbəb olmasınlar. Bir daha önyarğı qurbanı etməsinlər. Adımıza ad qoşmasınlar. Şiddəti bizə yaşatmasınlar. Vaxtımızı oğurlamasınlar. Həyatımızı yerimizə yaşamağa çalışmasınlar.

Ваша оценка: