Niyə?

Özünüzü özünüzdə tapdığınız halda, niyə başqasına ötürür, sonra onlar sizi itirdiyində özünüzü axtarmağa başlayırsınız ki?Öz həyatınızın açarı öz əlinizdə ikən niyə başqasının əlinə verirsiniz ki, sonra onu itirdiyi zaman axtarmağa, toparlanmağa çalışırsınız ki?Özünüzü sevdiyiniz halda, niyə o sevginizi özünüzdə azaldıb başqasına olan payını artırır, özünüzə olan sevginizi azaldırsınız ki?Öz üstündür. Öz vacibdir. Özdən başlayın, özlə davam edin, özlə bitirin. Özlə yaşayın.

Bəzən səni sevməyim gəlir, bəzən bağrıma basmağım, bəzən də öpüb qucaqlamağım, əlindən tutub buraxmamağım.Bəzən səni itirdiyim yerdə tapdığım üçün sevinməyim gəlir.Əziz vicdanım!