«ПЕРЕКУР» havası

— Yenə fikirli görürəm səni. Gözlərin danışmaq istəyir. Dodağın susur.

— Hə. Yenə də fikirlər məni işğal edir. Bu gedişlə qalib gələcəklər.

— Susdur. Məğlub et. Hücum et. Müdafiə elə özünü.

— Necə?

— Beynini söndür.

— Demək asandır. Təklifi verirsən, yolunu da göstər. Necə?

— Dərman at, daha çox yat. Şərab iç qədəhlərini dolduraraq bir neçə adamın yerinə. Siqaret çək bir neçə dəsti bitirib at zibil qabına. Söndür özünü. Yor özünü.

— Eh… Demək asandır. Gəl, et özün. Söndür. Get.

— Alınmaz. Məni qınayarlar. Axı 4 göz prinsipi var. İcraçı ilə nəzarətçi eyni ola bilməz.

— Qaçıb canını qurtardın yenə. Necə asandır təklif etmək. İcra… Ən çətini icra etməkdir. Çünki o da beyindən gəlir. İcranı da beyin edir.

— Beyninə fasilə ver. Onun da haqqı var «перекур»a.