Tənha analar fahişə deyil

Tənha analar zəif deyil, insanların içində ən güclü olan insandır.

Tənha analar kobud deyil, sadəcə övladını və özünü qoruyan insandır.

Tənha analar asılı deyildir, işləyir, kiməsə möhtac deyildir.

Tənha analar əlacsız deyildir, bəhalərə «yox» deyən kəsdir.

Tənha anaların problemi, çətinliyi bir çox insandan lap çox olur. Hər problemini də özü həll edir.

Tənha anlar nəyi istədiklərini bilirlər, nəyi istəmədiklərini də bilirlər.

Tənha analar evdə atanın etməli olduğu hər şeyi edir. Atalıq da edir, analıq da. Qadınlığını itirmədən.

Tənha analar övladı üçün bir tamdır. Bir nümunədir. Bir gələcəkdir. Onu düşünən, onu tərbiyə edən, onun arzularını gerçəkləşdirən, onu sevən insandır.

Tənha analar fahişə deyil, evində atadır, kişidir.

Tənha analar kişidən yarımayan, kişilərdən zərbə alan, kişilərdən uzaq olan qadınlardır.

Tənha anaların haqqıdır hər kəsə güvənməmək, qapalı olmaq, öz həyatını yaşamaq, insanlardan və cəmiyyətdən uzaqlaşmaq sağlam övladı və özünün gələcəyi naminə.