İstifadə qaydalarımız

Hər birimiz digərindən istifadə edirik. İstifadə edilirdik, istifadə edirik. Nə ruhumuz inciyir, nə ruh incidirik.

Kimisini emosional ehtiyaclarımızı ödəmək üçün, kimisini darıxdığımız və vaxtımızı maraqlı etmək, kimisini də düşüncələrimizi paylaşmaq, kimisini verdiyimiz qərar və etdiyimiz seçimlərdə bizi dəstəkləmək, haqlı çıxarmaq üçün istifadə edirik.

Kimisini puluna, sosial status, mövqeyinə, əhatə dairəsinə, dostlarına görə, kimisini ölkədən getmək, karyerada yüksəlmək, kiminləsə tanış olmaq üçün istifadə edirik.

Kimisini tənhalıqdan xilas olmaq, almaq, sevilmək və enerji mübadiləsi aparmaq üçün istifadə edirik.

Kimisi də bizə ana/ata olmaq üçün bizə lazım olur. Donor kimi istifadə edirik.