Sayıram

İnsanları pul kimi sayıram. Kimisi kiçik məbləğdir, qəpikdir. Kimisi də böyük, kağız pullar. Bitənə qədər xərcləyirəm saydığım pul kimi insanları…

İnsanları insan kimi keyfiyyətinə görə kəmiyyətcə sayıram. Yerini göstərmək üçün yerləri sayıram.

İnsanlara verdiyim şansı sayıram. Bir gün bitəcək limit dolan kimi.

Sayıram səbrimin tükənəcəyi keçid nöqtələrinin sayını…

Sayıram həyatımdan çıxan və həyatıma girənləri…

Sayıram məndən alınanları, mənə verilənləri məlumat bazamda…

Sayıram boz rəngdə olanı, qaraladığım, məni qaralayanları, bəyazdakı ağları, ağ edənləri, ağ etdiklərimi… Safam, ya bic… Safdırlar, yoxsa çox bic…