Ədalət dəfələrlə pozulur…

— Niyə təkliyi seçmisən? — Çünki insanlar dəfələrlə ədaləti pozur, ədalətli olmurlar. Çünki insanlar təhlükəlidirlər. Çünki insanlar yaratmaqdan çox dağıdırlar. Çünki insanlar məhv edirlər, pislik edirlər. Çünki insanlar məyus edirlər… — Buna görə tək qalmaq lazım deyil axı? — Lazımdır və vacibdir. Dəfələrlə ədalətin necə pozulduğunu görməmək, məyus olmamaq, zərbə almamaq üçün lazımdır. İnsanlar məndənПродолжить чтение «Ədalət dəfələrlə pozulur…»

Ваша оценка:

38+

38+ dərəcə kimi 38 + yaş da təhlükəlidir, keçiddir. İnsanın həyatını seçim qarşısında qoyur. Bu yaşa və dərəcəyə qədər yığdığı təcrübə və bilik bəs edir ki, xəstəliyini sağaltsın, yaralarını sarsın, qalxmış qızdırmasını salsın. Reallığa dönsün. Müdrikləşsin. Zaman yaxşı insanların deyildir. Zaman yaxşı insanların tərəfində deyildir. Hər şeyin həqiqi olanı bu, mükəmməl möcüzədir. Ən həqiqi sevgi,Продолжить чтение «38+»

Ваша оценка:

Tərəfdarıyam

Balığı tutub verməyi deyil, balıq tutmağı öyrətməyin tərəfdarıyam. Hər kəsin öz çörəyini özünün qazanmağının və hər növ asılılıq zəncirlərindən qurtulmağının tərəfdarıyam. Kimsə köməkdən və kimdənsə asılı olmamalıdır. Kimsə kimdənsə nəyisə ummamalıdır. Hər kəsin öz qərarlarını verməsinin, seçimlərini etməsinin və onlara görə məsuliyyət daşımasının tərəfdarıyam. Zəif güclü ola bilmir, güclünün zəifləməyə haqqı yoxdur.

Ваша оценка:

Təhlil-Avropa

Avroistiqraz alanların, Avropa banklarından kredit alanların evi yıxıldı. Avropada təbii fəlakətlərdən ciddi ziyan görən şəhər və ölkələr var. Birbaşa zərərdən əlavə, su altında qalmış şəhərlərin bərpası, onların sakinlərinə kompensasiya hamısı xərcdir. Bu da qiymətlərin qalxmasına, istiqrazların dəyərdən düşməsinə, kreditlərin bahalaşmasına, vaxtından öncə geri tələb edilməsinə, şərtlərin dəyişdirilməsinə səbəb ola bilər. Avropa ölkələri pandemiya və karantindənПродолжить чтение «Təhlil-Avropa»

Ваша оценка:

Tanıdıqca

İnsanlardan uzaqlaşır, bəzilərini susaraq iqnor edirəm. Bəzən elə sıradan biri kimi, yoxmuş kimi davranıram. İnsan istədiyi zaman fikir, münasibətini dəyişir, özünü və xarakterini deyil. Sadəcə olaraq daha təcrübəli, müdrik olduqca, hüzuruna, vaxtına, azadlığına, özünə dəyərini artırır. Cəmiyyətə və insanlara yarınmaq, onların səndən razı qalmasına vaxt sərf etmək kimi sərsəm vərdiş yoxdur.

Ваша оценка:

Прости и отпусти

Мы отпускаем тех кого любим, любя…  Родителей, любимого, детей, друзей… Только себя отпускать не в силах. Смерть отпускает нас. Смерть сильна. Смерть любить нас больше чем наша жизнь…

Ваша оценка:

Sizinlə

Sizinlə dünyanızın ən dərininə enməyənlər, dayaz adamlardır, sizi kəşf etməkdən, uçmaqdan və üzməkdən qorxanlardır. Dərinə enməkdən, yıxılmaqdan, boşluğa düşməkdən, üzərək oksigensiz qalıb boğulub ölməkdən qorxanlardır. Qorxaqları, cəsarətsizləri neyləyirsiniz? Sizinlə işıqda təklikdə qalmayanlar sizin o işıq olmağınızdan, hüzurunuzdan, gerçəkləri görə biləcəyinizdən narahat olub qaçanlardır. Qaçanları bağışlamayın! Sizinlə birlikdə susmayanlar sizi dinləməyənlər, yalançı insanlardır. Yalançıları, sizi dinləməyənləriПродолжить чтение «Sizinlə»

Ваша оценка:

Sevgini yazaq…

Sevgidən yazmaq mənasızdırsa, gəl, sevgini yazaq… Birlikdə yazaq… Sözlərini bir seçək… Hisslərini bir yerdə birləşdirək… Elə yazaq ki, əritsin qəlbimdəki buzu… Elə yazaq ki, rüzgar aparsın beynimdəki fikiri… Elə yazaq ki, dənizin dalğalarına qarışdırıb uzaqlaşdırsın bizdən qəm-kədəri.. .Elə yazaq ki, gözlərimi parlatsın sevincdən, fərəhdən… Bəli… Gəl, sevgini yaz mən…

Ваша оценка:

Sən sahilsən…

Sədaqət tələb etmə… Güvənmə… Kimin üçün isə liman olma… Sən sahilsən… Dənizin bir parçası olan dalğalar belə sahilə də, dənizə də sadiq deyildir. Dalğa da, dəniz də vəfasızdır. Sən sahilsən… Küləklər belə bəzən sakitcə əsər, səsi laylay deməz sənə… Yuxuya getməzsən hüzur içində… Sən sahilsən… Unutma, kimin üçün isə liman olma… Liman müvəqqəti dayanacaq, məntəqədir.Продолжить чтение «Sən sahilsən…»

Ваша оценка: