Sən sahilsən…

Sədaqət tələb etmə…

Güvənmə…

Kimin üçün isə liman olma…

Sən sahilsən…

Dənizin bir parçası olan dalğalar belə sahilə də, dənizə də sadiq deyildir. Dalğa da, dəniz də vəfasızdır.

Sən sahilsən…

Küləklər belə bəzən sakitcə əsər, səsi laylay deməz sənə… Yuxuya getməzsən hüzur içində…

Sən sahilsən…

Unutma, kimin üçün isə liman olma…

Liman müvəqqəti dayanacaq, məntəqədir. Son təyinat məntəqəsi deyildir. Sığınmağa ehtiyacı olanlar müvəqqəti olaraq lövbərini salar, dayanar, sonra yeni güc, enerji yığıb, yorğunluğunu alıb yoluna davam edərlər. Liman isə yeni sakin, gəmini gözləyər, boşalar, boşluqda təkliyini yaşayar… Limanı unudar sığınan hər kəs… Limana qalan göz yaşları, tənhalıq və boşluq olar…

Sən sahilsən…

Anla ki, bir gün səndə çox olacaq insanlar… Bir gün bomboş olarsan…

Bir gün işıqlı olarsan, bir gün qaranlıq…

Bir gün hüzurlu olarsan, bir gün isə səs-küylü…

Kimsə səni qazanacaq, xatirəsində qalarsan, arzularına çevrilərsən… O da ki, müvəqqəti, nisbi olaraq…

Kimisə limanınıza çevirmə… Səyahətiniz davam edəcək, üzəcəksən, uçacaqsan, həyatına davam edəcəksən, sahili, limanı tərk edəcəksən… Liman isə özü ilə qalacaq baş-başa, üz-üzə… Liman etdiyin insana əzab verəcəksən, onu incidəcəksən, ağrılı və tək qoyacaqsan…

Sən sahilsən… Sökülməyi də, bərpa olunmağı da, çökməyi də, qalxmağı da, dənizin altında qalmağı da, üzə çıxmağı da bacarmalısan…

Sən sahilsən…

Bəzən zahiri gözəllik, görüntün ilə insanları cəlb edə bilərsən, bəzən zövqləri öxşayacaqsan… Bəzən isə tam əksinə…

Sahilsən…

Boşluğun varsa, o boşluğunu hər kəslə, kimlə və nə ilə gəldi doldurmamalısan… Ya boş qoymalısan, ya da o boşluğun olmasını təmin etməyəcəksən… Lazımsızlar ilə boşluq dolanda, boşluq daha da böyüyür, dərinləşir, genişlənir…

Boş adamlar doldurur boşluğu, boşluğu daha böyük və dərin edirlər… Bizə lazım olmayanlar boşluğu cəlb edir…

Sahilsən…

Dayaz deyilsən, dar deyilsən, kiçik deyilsən… Dayaz insanlar ilə dərinliyin kəşf edilməmiş, dar düşüncəli insanlar ilə ərazin daralmış, kiçik insanlar isə şəxsiyyətin kiçiləcəkdir.

Sahilsən…

Özünü sev, özünü anla, dinlə, gözlə, kəşf et, öyrən, özün üçün darıx, özünlə barış, özünü bağışla… Özün özünə bəs edirsən…